Modern.az

Bakıda bəzi ərazilərdə qrunt sularının səviyyəsi qalxıb

Bakıda bəzi ərazilərdə qrunt sularının səviyyəsi qalxıb

Aktual

3 Dekabr 2018, 22:32

Bakıda bəzi ərazilərdə atmosfer yağıntılarının təsirindən qrunt sularının səviyyəsində qalxma müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Bakının Sabunçu rayonunda Maştağa-Zabrat subasma sahəsində atmosfer yağıntılarının təsirindən qrunt sularının səviyyəsi yüksəlir.

 

Şuşa şəhərciyi subasma sahəsində, Daş Karxanası yaşayış massivində də atmosfer yağıntılarının təsirindən qrunt sularının səviyyəsi qalxıb.

 

Sabunçu rayonunda Zabrat-Məhəmmədi, Savalan subasma sahələrində, Xəzər rayonunun Qala qəsəbəsində də eyni səbəbdən qrunt sularının səviyyəsi qalxır.

 

Binəqədi rayonunda Binəqədi 1-ci mədən yaşayış sahəsində, Binəqədi qəsəbəsinin Məlik Aslanov küçəsi və ətraf ərazilərdə atmosfer yağıntılarının təsirindən qrunt sularının səviyyəsində artım qeydə alınır.

 

Qeyd edilib ki, sadalanan ərazilərin hamısında subasma prosesin dinamikasında stabil gərgin vəziyyət müşahidə edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat