Modern.az

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Aktual

3 Dekabr 2018, 23:41

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 61,13 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 1,26 dollar/barel azdır. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 50,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,26 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 55,27 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,35 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 57,3 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,25 dollar/barel azdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat