Bakı sakini dəm qazından boğularaq ölüb.
Modern.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda baş verib.
Rayonun V.Əliyev küçəsi 156 ünvanında yaşayan, 1984-cü il təvəllüdlü Eyyubov Vurğun Mərfət oğlu yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.