Modern.az

Azərbaycan “OPEC+”un iclasında təmsil olunur

Azərbaycan “OPEC+”un iclasında təmsil olunur

Aktual

4 Dekabr 2018, 11:03

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd  Sanusi Barkindonun dəvəti ilə energetika naziri Pərviz Şahbazov 4-7 dekabr tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olacaq.

Modern.az xəbər verir ki, nazir Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 12-ci iclasında iştirak edəcək.


Energetika naziri 7 dekabrda isə OPEC Nazirlər Şurasının 175-ci iclası çərçivəsində OPEC və qeyri-OPEC nazirlərinin 5-ci görüşünə qatılacaq.


Səfər zamanı  bir sıra ikitərəfli görüşlər də planlaşdırılır.


Qeyd edək ki, Azərbaycan dünya neft bazarında tarazlığın və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə aparılan məsləhətləşmələrdə ilk vaxtlardan yaxından iştirakını davam etdirməkdədir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat