Modern.az

Adil Əliyev: “Şəhidlərin vətən və bizlər üçün etdikləri heç vaxt unudulmayacaq” - FOTO  

Adil Əliyev: “Şəhidlərin vətən və bizlər üçün etdikləri heç vaxt unudulmayacaq” - FOTO   

Aktual

4 Dekabr 2018, 17:56

Azərbaycan Kikboksinq Federasiyasının və “Rais” Klubunun təşkilatçılığı ilə şəhid olmuş polis mayoru, dünya və Avropa çempionu Vüqar Nəsibovun xatirəsinə həsr olunmuş turnir keçirilib. Modern.az xəbər verir ki, Azərbaycan himininin çalınması ilə başlayan turnirdə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev çıxış edib. Kluba uğurlar arzulayan A. Əliyev şəhidlərin ölkənin qürur mənbəyi olduğunu diqqətə çatdırıb:

"Onlar hər zaman bizim qəlbimizdə yaşayacaqlar. Şəhidlərin vətən üçün, bizim üçün etdikləri qəhrəmanlıq heç vaxt unudulmayacaq”.

A. Əliyev xatırladıb ki, federasiyanın Beynəlxalq Olimpiya Komitəsinə üzv seçilməsi kikboksinqin böyük uğur əldə etməsinin göstəricisidir: "Hesab edirəm ki, bu idman növünün olimpiadada iştirakı sevindirici xəbərdir və bu bizə beynəlxalq yarışlarda öz gücümüzü göstərmək imkanı yaradacaq".

“Rais” kulubun direktoru Mais Fərəcov turnirin keçirilməsində əsas məqsədin şəhid polis mayoru Vüqar Nəsibovun xatirəsini yaşatmaq və onu gənclərə örnək göstərmək olduğunu vurğululayıb:

"Digər məqsər gənc döyüşçülərimizə hər zaman qələbə hissini aşılamaqdır". Sonda klubun prezidenti Aydın Mehdiyev və direktoru Mais Fərəcov millət vəkili Adil Əliyevə və vitse-prezident Güloğlan Cabbarova göstərdikləri dəstək üçün təşəkkür ediblər.

Qeyd edək ki, turnirdə 25 klubdan 364 idmançı iştirak edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat