Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Ağstafanın Gürcüstan respublikası ilə sərhəddə yerləşən Böyük Kəsik kəndində olub.
Bu tədbirdə Böyük Kəsik tam orta məktəbinin 264 şagird yerlik binasının tikinti işləri ilə yaxından tanış olub.
İcra başçısı tikintidə çalışan fəhlə və mühəndislərlə görüşdü, işin gedişi ilə maraqlanıb.
Məktəbin inşasında yerli sakinlərin də işə cəlb olunduğu bildirilib. Hazırda tikintidə hörük işləri 1-ci mərtəbədə başa çatmaq üzrədir.
Tikinti işləri sürətlə davam edir. Kənd sakinlərinin də iştirak etdiyi görüşdə söhbət zamanı Məhərrəm Quliyev qeyd edib ki, indiki şəraitdə yeni məktəb binasının inşa edilməsi ölkə başçısının təhsilə olan diqqətinin təzahürüdür.
Vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.