Bu gün Azərbaycan kubokunda yeni mövsümə start veriləcək.
Modern.az xəbər verir ki, 12 komandanın iştirak etdiyi turnir 1/8 final mərhələsindən başlayacaq.
Keçiriləcək dörd oyunun hər birində birinci divizion təmsilçiləri Premyer Liqa klubları ilə qarşılaşacaq. Bir oyundan ibarət olan bu mərhələnin qalibləri 1/4 finalda "Qarabağ", "Qəbələ", "Neftçi" və "Zirə"yə rəqib olacaq. Adıçəkilən komandalar ötən mövsüm Topaz Premyer liqanı ilk 4-lükdə başa vurduğundan kubokda mübarizəyə birbaşa 1/4 finaldan başlayacaq.
6 dekabr
Azərbaycan kuboku
1/8 final
13:30. “Ağsu” – “Sabah”
13:30. “Kəpəz” – “Səbail”
13:30. “Qaradağ Lökbatan” – “Sumqayıt”
17:00. “Şüvəlan” – “Keşlə”