Modern.az

Bu küçədə hərəkət məhdudlaşdırılır

Bu küçədə hərəkət məhdudlaşdırılır

Aktual

6 Dekabr 2018, 10:28

Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ASAN xidmət mərkəzinin qarşısında, yolun altından rabitə xətlərinin keçirilməsi ilə əlaqədar olaraq bu gun saat 23:00-dan sabah səhər 05:00-dək (6 saat) avtomobillərin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

Bu barədə Modern.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Agentlik vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə, öncədən üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələrini xahiş edir.

 

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat