Modern.az

Hacıqabulda yol qəzası - Ölən var

Hacıqabulda yol qəzası - Ölən var

Aktual

7 Dekabr 2018, 16:04

Hacıqabul şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Modern.az-a verilən məlumata görə, dekabrın 6-da saat 15 radələrində Hacıqabul şəhərinin ərazisində şəhər sakinləri Amil Hüseynovun idarə etdiyi “VAZ-21015” və Balakərim Kərimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-21015”in sürücüsü hadisə yerində ölüb.

Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?