Modern.az

Polislər gənc qadının həyatını xilas etdi

Polislər gənc qadının həyatını xilas etdi

Aktual

7 Dekabr 2018, 16:22

Dekabr ayının 6-da axşam saatlarında Şəki rayonunun Suçma kənd sakinləri gənc qadının səhhətində yaranan  problemlə əlaqədar onu qonşu kənddə olan tibb məntəqəsinə aparıblar.

 

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ancaq orada həmin xanımın vəziyyətinin qənaətbəxş olmadığını və təcili olaraq rayonun mərkəzi xəstəxanasına çatdırılmalı olduğunu, bunun üçün o qədər də çox vaxtlarının olmadığını bildiriblər.

 Avtomobillərində yaranan nasazlıqla əlaqədar onlar hərəkət edə bilməyiblər. Elə həmin vaxt kənd ərazisində xidmətdə olan Şəki ŞRPŞ-nin Dövlət Yol Polisi bölməsinin əməkdaşları Vüqar Məmmədov və Rauf Əhmədov onlara yaxınlaşıb, vəziyyətlə maraqlanıblar. Vaxtın daraldığını görən polis əməkdaşları xəstəni və onun yaxınlarını  dərhal YPX-nin avtomobilinə əyləşdirib, rayon mərkəzi xəstəxanasına doğru hərəkət ediblər. Qadın tez bir zamanda xəstəxanaya çatdırılıb, həkimlərin də ilkin müdaxiləsi ilə onu həyatda saxlamaq mümkün olub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?