Bu gün Ağstafa rayonunun qəsəbə və kəndlərində tut tinglərinin əkilməsi yekunlaşdı.
Modern.az xəbər verir ki, Son əkin işləri Eynallı, Muğanlı kəndlərində oldu.
Ağstafa rayon İcra hakimiyyətinin məsul işçiləri, yerli fermerlərin və könüllülərin iştirakı ilə tinglərin əkilməsi üçün yerlər təmizlənmiş, yalaqlar qazılıb. Beləliklə, ümumi rayon üzrə 15 min 500 tut tinginin əkilməsi uğurla başa çatdılıb.