Modern.az

Neftin qiyməti 4%-dən çox artıb

Neftin qiyməti 4%-dən çox artıb

Aktual

7 Dekabr 2018, 18:13

Dünya bazarında neftin qiymətində OPEC-in hasilatın azaldılması ilə bağlı razılığa gəlməsi xəbərlərindən sonra 4%-dən çox artım qeydə alınıb.

Modern.az  xəbər verir ki, Bakı vaxtı ilə saat 18:07-ə olan məlumata görə, "Brent" markalı Şimal dəniz neft qatışığının fevral fyuçerslərinin qiyməti 4,90% artaraq 63 dollar/barel olub.

WTI markalı yüngül neftin yanvar fyuçerslərinin qiyməti isə bir barelə görə 4,58% artaraq 53,85 dollar təşkil edib.(report.az)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?