Modern.az

Türkiyə vətəndaşından azərbaycanlı qadına qarşı dələduzluq

Türkiyə vətəndaşından azərbaycanlı qadına qarşı dələduzluq

Aktual

7 Dekabr 2018, 21:19

Bakıda Türkiyə vətəndaşı azərbaycanlı qadına qarşı dələduzluq edib. Modern.az “Trend”ə istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində baş verib.

 

Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Piriyeva Şəhla Sabir qızı polisə müraciət edərək bildirib ki, 2018-ci ilin fevral ayında Türkiyə vətəndaşı Mehmet adlı şəxs Amerika Birləşmiş Ştatlarına viza düzəltmək adı ilə onu aldadaraq Qara Qarayev prospekti, 64 ünvanında, "Ailə market"in qarşısında ondan 14 min dollar alıb.

 

Faktla bağlı araşdırmalara başlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?