Modern.az

General intihar etdi

General intihar etdi

Aktual

7 Dekabr 2018, 22:37

Cənubi Koreya ordusunun müdafiə-təhlükəsizlik komandanlığının keçmiş rəhbəri intihar edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Li Ce-su Seulun Sonpa rayonunda özünə qəsd edib.

 

Məlumata görə, 60 yaşlı general 2014-cü ildə gəmi qəzasında həlak olan 300 nəfərdən çox insanın yaxınlarının qeyri-qanuni müşahidəsinin təşkilində ittiham olunaraq istintaqa cəlb olunmuşdu.

 

Prokurorluq onu tabeçiliyindəki zabitlərə ictimaiyyətdə mənfi rəy yaratmaqdan ötrü gəmi qəzasında ölənlərin yaxınları haqqında mümkün neqativ məlumatları toplamağı əmr etməkdə ittiham edirdi. Prokurorluq ordunun müdafiə-təhlükəsizlik komandanlığının bu işə ölkənin keçmiş prezidenti Park Kın-hyenin istəyi ilə başladığını güman edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?