Modern.az

Ölkəyə marixuana keçirmək istəyənlərin qarşısı alındı

Ölkəyə marixuana keçirmək istəyənlərin qarşısı alındı

8 Dekabr 2018, 15:10

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postuna Gürcüstan istiqamətindən daxil olan bu ölkə vətəndaşının idarə etdiyi "DAF" markalı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

 

Dövlət Gömrük Komitəsindən Modern.az-a verilən məlumata görə, baxış zamanı sürücü sükanının sağ tərəfindəki külqabıdan iki bükümdə, ümumi çəkisi 6 qram olan narkotik vasitə - marixuana aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?