Modern.az

Sumqayıtda ağır QƏZA - 1 ölü, 4 yaralı  

Sumqayıtda ağır QƏZA - 1 ölü, 4 yaralı   

8 Dekabr 2018, 20:02

Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsinin ərazisində “VAZ-2107” və “KamAZ” markalı avtomobillər toqquşub.

DİN-dən Modern.az-a verilən məlumata görə, dekabrın 7-də saat 21 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsinin ərazisində Bakı şəhər sakini İldırım Temirlinin idarə etdiyi “VAZ-2107” və Salyan rayon sakini Eyvaz Eyvazovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ”-dakı sərnişinlərdən şəhər sakini Zaur Nəsibov hadisə yerində ölüb, sürücü və digər 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?