Modern.az

Maşınşousunun daha bir iştirakçısı bəlli oldu

“Maşın” şousunun daha bir iştirakçısı bəlli oldu

8 Dekabr 2018, 21:11

Dekabrın 13-də yayıma başlayacaq "Maşın" realiti-şousunun daha bir iştirakçısının adı bəlli olub. 

Modern.az Axşam.az-a istinadən xəbər verir ki, reper Ramil Nabran da oyunda yer alacaq 18 iştirakçılardan biridir.

Qeyd edək ki, bundan əvvəl şouya qatılacaq iştirakçılardan şairə Nazilə Səfərli, müğənni Mina Hüseyn, aparıcı Firuzə Cəlilova (Fira), əməkdar artist Rühəngiz Allahverdiyeva, aktyor Taleh Yüzbəyov, meyxanaçı Ələkbər Yasamallının adı mediada açıqlanmışdı. 

Xalq artisti Murad Dadaşovun "Maşın" şousunun 17-ci buraxılışı ATV-də efirə gedəcək.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?