Modern.az

Bakıda avtobus süpürgəçi qadını vurub öldürdü  

Bakıda avtobus süpürgəçi qadını vurub öldürdü   

Aktual

14 Dekabr 2018, 12:51

Dekabrın 13-də saat 18 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Bəhruz Şükürov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə paytaxt sakini Hürü Əliyevanı vurub.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, hadisə nəticəsində xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

Sosial şəbəkələrdə mərhum Hürü Əliyevanın süpürgəçi işlədiyi barədə xəbərlər yayılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat