Modern.az

Goranboy piyada vuruldu: Yaxınları yolu bağladı

Goranboy piyada vuruldu: Yaxınları yolu bağladı

19 Dekabr 2018, 00:09

Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, Samux rayonunun 1948-ci il təvəllüdlü Lüksemburq kənd sakini Məmmədova Növbər Qurban qızı yolu qarşı tərəfə keçmək istəyən zaman onu "BMW" markalı avtomobil vurub.

 

Nəticədə piyada aldığı xəsarətlərdən yerindəcə ölüb.

 

Qəza zamanı ölən piyadanın yaxınları Bakı-Qazax magistral yolunu bir müddət bağlayıblar. Daha sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və avtomobillərin hərəkəti bərpa edilib.

 

Bundan əlavə, mərhumun yaxınları meyitin tibbi ekspertizaya aparılmasına imkan verməyiblər.

 

Faktla bağlı araşdırma aparılır.

 

Daha əvvəl Gəncədə orta yaşlı kişini avtomobil vurub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat