Modern.az

Bakıda avtobusun vurduğu qadın öldü  

Bakıda avtobusun vurduğu qadın öldü  

Aktual

19 Dekabr 2018, 12:29

Bakıda avtobus daha piyadanı vuraraq öldürüb. 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, dekabrın 18-də saat 8 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində Bakı şəhər sakini Əhəd Məmmədov idarə etdiyi “İsuzu” markalı avtobusla yolu keçən paytaxt sakini Valentina Mişinkinanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Sabunçu rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat