Modern.az

Azərbaycan və Ermənistan XİN rəhbərləri birgə bəyanat verəcək

Azərbaycan və Ermənistan XİN rəhbərləri birgə bəyanat verəcək

19 Dekabr 2018, 13:30

Ermənistan Xarici İşlər Nazirliyi Milanda Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan arasında əldə olunmuş razılıqlar barədə açıqlama yayıb.

 

Modern.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin katibi Anna Naqdalyanın verdiyi rəsmi açıqlamada tərəflərin birgə bəyanat verəcəkləri bildirilib.

 

“Zoqrab Mnatsakanyan və Elmar Məmmədyarov danışıqların davam etdirilməsi barədə razılaşıblar. Bundan başqa, iki XİN rəhbəri və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin birgə bəyanatı da hazırlanır. Uzun müddət bu barədə razılıq əldə olunmasa da, Milanda bəyanatın mətni də razılaşdırılıb”.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat