Modern.az

Cəlilabadda şagirdi döyən direktor işdən çıxarıldı

Cəlilabadda şagirdi döyən direktor işdən çıxarıldı

Aktual

20 Dekabr 2018, 11:34

Ötən gün Cəlilabad rayon, Göytəpə şəhər 3 saylı ümumi orta məktəbin direktorunun Muğan kənd tam orta məktəbinin 9-cu sinif şagirdini döyməsi ilə bağlı videogörüntü yayılıb.

Videogörüntü ilə bağlı Cəlilabad  Rayon Təhsil Şöbəsindən Modern.az-a məlumat verilib.

Bildirilib ki, adıçəkilən məktəbin direktor əvəzi Mübariz Cəfərov araşdırma aparılan müddətdə vəzifəsinin icrasından kənarlaşdırılıb.

Yoxlamanın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunacaq və ictimaiyyətə məlumat veriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat