Modern.az

Azərbaycanda 6 hakimin səlahiyyətinə xitam verilib

Azərbaycanda 6 hakimin səlahiyyətinə xitam verilib

Aktual

21 Dekabr 2018, 19:48

Azərbaycanda pozuntulara yol verdiklərinə 6 hakimin səlahiyyətlərinə xitam verilib. 

Modern.az-ın məlumatına görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun  sədrliyi ilə Məhkəmə-Hüquq Şurasının dekabrın 21-də keçirilən iclasında qeyd olunub. 

Yığıncaqda vurğulanıb ki, səlahiyyət müddəti bitmiş 56 hakimin və 7 məhkəmə sədrinin fəaliyyətinin qiymətləndirilməsi nəticələri prinsipial müzakirə edilib, 4 məhkəmə sədrinin işində nöqsan və çatışmazlıqlara görə aşağı işə keçirilməsi, vətəndaşların haqlı narazılığını doğuran pozuntulara yol verməsi nəzərə alınaraq 6 hakimin səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul olunub. 

Eyni zamanda 57 nəfərin peşəkarlıq səviyyəsinə uyğun müxtəlif hakim vəzifələrinə təyinatı məqsədəuyğun sayılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat