Modern.az

Serbiya lideri İlham Əliyevə zəng etdi

Serbiya lideri İlham Əliyevə zəng etdi

Aktual

24 Dekabr 2018, 21:44

Serbiya Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevə telefonla zəng edib. Modern.az  xəbər verir ki, Serbiya Prezidenti dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

 

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

 

Dövlət başçıları ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirərək, əməkdaşlığımızın qarşıdakı illərdə də genişlənəcəyinə əminliklərini ifadə ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə