Modern.az

Toxum və ting istehsalçılarına 7 milyon 738 min subsidiya ödənildi

Toxum və ting istehsalçılarına 7 milyon 738 min subsidiya ödənildi

25 Dekabr 2018, 11:47

Nazirlər Kabinetinin 25 iyun 2007-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi barədə Qaydalara” əsasən Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi yekunlaşıb. Bununla əlaqədar Kənd təsərrüfatı nazirliyinin müvafiq əmri ilə yaradılmış Ekspert Şurasında rayon/şəhər komissiyalarından daxil olmuş müraciətlərə baxılıb.

 

Modern.az xəbər verir ki, Ekspert Şurasının qərarı ilə 229 nəfər taxıl toxumu (buğda,arpa) istehsalçılarına 6 milyon 568 min 207 manat, 18 nəfər Kartof toxumu istehsalçılarına 694 min 277 manat, 22 nəfər Yonca toxumu istehsalçılarına 182 min 208 manat,17 nəfər meyvə tinği istehsalçılarına 97 min 200 manat ,8 nəfər Qarğıdalı toxumu istehsalçılarına 64 min manat, 8 nəfər Noxud toxumu istehsalçılarına 16 min manat, 5 nəfər Çay tinği istehsalçılarına 57 min 528 manat, 4 nəfər tərəvəz toxumu istehsalçılarına 25 min, 315 manat, 5 nəfər pambıq  toxumu istehsalçılarına 21 min 848 manat, 2 nəfər Üzüm tinği istehsalçılarına 12 min 240 manat, ümumilikdə 7 milyon 738 min 825 manat vəsait ödənilib.

Şəffaflığın təmin olunması məqsədilə fermerlər subsidiyanı “Kapital Bank”ın rayon filiallarından plastik kart vasitəsilə əldə edə bilərlər. Subsidiyalar barədə ətraflı məlumatlar Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet səhifəsində yerləşdiriləcək

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə