Modern.az

Bakıda köhnə zibil qutularının yerinə təzələri qoyulur - FOTO  

Bakıda köhnə zibil qutularının yerinə təzələri qoyulur - FOTO   

26 Dekabr 2018, 13:59

Bakının Nərimanov rayonun ərazisində yeni zibil qutuları qoyulub. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yeni zibil qutuları paytaxtdakı mövcud vəziyyətlə bağlı vətəndaş narazılıqlarının aradan qaldırılmasına xidmət edir:


“Hazırda zibil qutuları çatışmayan ərazilərdə yeniləri qoyulur. Növbəti ildən isə şəhər ərazisindəki bütün köhnə zibil qutuları yenilərilə əvəzlənəcək”.


Rəsmi məlumatda o da bildirilib ki, indiki halda bir neçə zibil qutusu forması üzərində müzakirələr aparılır:


“Hansı rəng və forma daha uyğun olacaqsa, onlar da müəyyən olunmuş yerlərdə qoyulacaq. İlkin olaraq isə zibil qutuları çatışmayan ərazilərdən başlanacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə