Modern.az

Gəncədə piyadanı avtomobil vurub

Gəncədə piyadanı avtomobil vurub

26 Dekabr 2018, 22:43

Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, Nizami Gəncəvi prospektində yolu qarşı tərəfə keçmək istəyən Fariz Cavadzadəni maşın vurub.

 

O, hadisəni törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Yaralıya həkimlər tərəfindən tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə