Modern.az

Ağstafada uşaqlar üçün yeni il bayramı keçirildi

Ağstafada uşaqlar üçün yeni il bayramı keçirildi

Aktual

27 Dekabr 2018, 09:45

Dekabrın 26-da Ağstafa rayon İcra hakimiyyətinin və Ağstafa Aqroparkının təşkilatçılığı ilə valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud olan və məktəbəqədər təhsil müəsisələrinin uşaqlarının iştirakı üçün ilk dəfə musiqili-əyləncəli Yeni il şənliyi keçirildi.

 

Modern.az xəbər verir ki, uşaqların marağına səbəb olacaq bayram şənliyində uşaq kollektivləri yeni və maraqlı musiqili kompozisiyalar, milli və müasir rəqslərlə çıxış etdilər. Əyləncəli proqramda Ağstafanın incəsənət nümayəndələri də iştirak etdilər.

 

Uşaqlar şənlikdə rəngarəng çıxışlar, sürprizlər, əlvan şam ağacının ətrafında toplaşaraq  Qar qız və Şaxta baba ilə birgə əyləndilər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə