Modern.az

Bakı-Gəncə marşrutu üzrə sürət qatarı işə salınır

Bakı-Gəncə marşrutu üzrə sürət qatarı işə salınır

Aktual

27 Dekabr 2018, 19:29

Yaxın günlərdə Bakı-Gəncə marşrutu üzrə sürət qatarı işə salınacaq.

 

Bu barədə Modern.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat veriblər.

“Stadler” şirkətinin istehsalı olan qatar 159 kilometr/saat sürətlə hərəkət edəcək. Sərnişinlər VIP və biznes sinif vaqonlardan istifadə edə biləcək. Hər bir vaqon kiçik mətbəx, soyuducu və simsiz internetlə təchiz olunub.

 

Qeyd edək ki, Bakı ilə Gəncə arasında məsafə avtomobil yolu ilə 372 kilometr təşkil edir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə