Modern.az

Yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı təsdiq edildi

Yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı təsdiq edildi

Aktual

27 Dekabr 2018, 20:02

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Modern.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Nazirlər Kabineti mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramının icrasını təmin edən zəruri tədbirlər görsün.

 

Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamla təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün maliyyələşməni təmin etsin.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə