Şəmkir rayonunda ağır yol qəzası baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1 nəfərin öldüyü, daha 3 nəfərin isə yaralandığı bildirilir. Hazırda onların kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.