Modern.az

Timsah onu yemləyən 44 yaşlı qadını uddu - FOTO

Timsah onu yemləyən 44 yaşlı qadını uddu - FOTO

Aktual

14 Yanvar 2019, 22:17

İndoneziyada 5 metrdən çox uzunluğu olan timsahı yemləyən 44 yaşlı Deyzi Tuvo onun qurbanına çevrilib. Modern.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, elmi araşdırmalar qrupunun tərkibində laboratoriya işi üçün Meri adlı timsaha ət atan qadın qəfil onun hücumuna məruz qalıb. Timsah 2,5 metr hündürlüyə tullanaraq Deyzini hovuzun içinə çəkib və onu yeməyə başlayıb. Ətrafdakılar qadını xilas edə bilməyiblər.

 

Onlar Merini uyuşdurucu vasitələrlə yaxalayaraq ekspertiza üçün laboratoriyaya göndəriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə