Modern.az

V Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək

V Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək

15 Yanvar 2019, 14:53

26-27 yanvar 2019 - cu il tarixdə Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən Dubay International Oteldə V Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcəkdir.

Modern.az xəbər verir ki, konfransın əsas məqsədi arı xəstəliklərinin qarşısını almaq, arıçılıqda məhsuldarlığı artırmaq və arıçıların öz məhsullarını yerli və xarici bazara çıxarması yollarını araşdırmaqdır.

Konfransda Almaniya, Türkiyə, Rusiya, Ukrayna və Gürcüstandan olan elm adamları öz təcrübələrini yerli arıçılarla bölüşəcəklər.

Konfransda, həmçinin müvafiq dövlət orqanlarının, ictimai birliklərin nümayəndələri və iş adamları da iştirak edəcək.

Əlavə məlumatı www.konfransari.com internet səhifəsindən almaq olar.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə