Modern.az

Erməni Azərbaycana keçmək istəyərkən minaya düşdü

Erməni Azərbaycana keçmək istəyərkən minaya düşdü

17 Yanvar 2019, 10:56

Yanvarın 16-da Ermənistan-Azərbaycan sərhədində minanın partlaması nəticəsində Ermənistanın Tavuş vilayətinin Barekamavan kəndinin sakini Arman Mikaelyan ciddi xəsarət alıb.

Bu haqda Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir. 

Məlumata görə, hadisə ötən gün saat təxminən 15:00-da baş verib.

Kənd sakini Arman Mikaelyanı hadisə yerindən ancaq xüsusi bölmələrin yardımı ilə təxminən saat 18:00-da çıxarmaq mümkün olub.

Xeyli qan itirən Mikaelyanın bir ayağı amputasiya olunub. 
 
Məlum olub  ki, xəsarət alan şəxs ruhi xəstədir. O, sərhədə yaxınlaşıb və tikanlı məftili keçmək istəyib, elə həmin an partlayış baş verib. 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə