Modern.az

Sumqayıtda aptekin qarşısında meyit aşkarlandı

Sumqayıtda aptekin qarşısında meyit aşkarlandı

Aktual

22 Yanvar 2019, 10:31

Sumqayıtda aptekin qarşısında kişi meyiti aşkarlanıb.

Modern.az Trend-ə istinadən xəbər verir ki, hadisə dünən saat 17 radələrində, Sumqayıt şəhəri 40-cı məhəllədə qeydə alınıb. Aptekə girmək istəyən təqribən 70-75 yaşlı kişi hər kəsin gözü qarşısında qəfil yerə yıxılaraq orada dünyasını dəyişib.

Sumqayıt şəhəri Təcili Tibbi Yardım stansiyasından Trend-ə verilən məlumata görə, ölən şəxsin üzərində onun kimliyini təsdiq edən sənəd olmadığından şəxsiyyəti müəyyən etmək mümkün olmayıb. İlkin ehtimallara görə, ölümə səbəb ürəktutması olub.

Ölən şəxs hüquq-mühafizə orqanlarına təhvil verilərək morqa göndərilib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi