Modern.az

Fonddan “Royalbank”ın kreditorlarına müraciət

Fonddan “Royalbank”ın kreditorlarına müraciət

Aktual

22 Yanvar 2019, 10:32

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Royalbank" ASC-nin kreditorlarına müraicət edib.

 

Fonddan Modern.az-a verilən məlumatda bildirilib ki, tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.

 “Növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 28 yanvar 2019-cu il tarixindən etibarən başlanacaq”.

Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babər prospekti, 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraciət edərək bank rekvizitlərini qeyd etsinlər. 

Əlavə məlumat almaq üçün əlaqə nömrələri:

Bakı ş. (012) 596 65 91/92/93

Qaynar xətt:  941

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi