Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakiniİ.Əsgərov yanvarın 14-nə keçən gecə Şüvəlan qəsəbəsi ərazisindən “Hidromek 102 B” markalı traktorunun qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlərə başlanılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində traktoru qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Ramil Məmmədov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.