Modern.az

Avtobus sürücüləri üçün istirahət yerləri ayrılacaq - Bakıda İLK

Avtobus sürücüləri üçün istirahət yerləri ayrılacaq - Bakıda İLK

22 Yanvar 2019, 17:46

"Koroğlu" Nəqliyyat Mübadiləsi Mərkəzi bu ilin ikinci yarısında istifadəyə veriləcək.

Modern.az-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli deyib. Onun sözlərinə görə, yeni mübadilə mərkəzi Bakıda ilk olacaq:

"Bu mərkəzdə tibb məntəqəsi, kitabxana, ana-uşaq otağı yaradılacaq. Bundan başqa, burada sürücülərin tibbi müayinəsi, sürücülərin istirahət yerləri də yaradılacaq.

Sürücülər növbəli işləyərkən növbəni təhvil verən sürücü tibbi müayinədən keçiriləcək və yenidən növbəsinə qədər istirahət edəcək. Bu mərkəz tam bir nümunə olacaq. Bu ilin ikinci yarısı mərkəz istifadəyə veriləcək".

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi