Modern.az

Bu ilin sonunadək bütün avtobuslar “BakıKart”a keçəcək

Bu ilin sonunadək bütün avtobuslar “BakıKart”a keçəcək

22 Yanvar 2019, 18:04

2019-cu ilin sonunadək bütün avtobusların "BakıKart" sisteminə inteqrasiyası yekunlaşacaq.

Modern.az-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli bu gün keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, bununla bağlı müvafiq tapşırıqlar verilib:

"Həmçinin ilin sonuna kimi "Bakıkart" ödəmə kartının balansının onlayn artırılması, bir sərnişinin bir gündə "Bakıkart"dan nə qədər istifadə etdiyi bilinəcək.

Bundan başqa, avtobus sürücülərinin özləri də kartla təmin ediləcək. Bu çox çətin prosesdir. Hazırda bununla bağlı bir şirkətlə danışıqlar aparılır. Razılıq əldə ediləndən sonra bu sistemin tətbiqinə başlanacaq və ilin sonuna qədər yekunlaşacaq".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi