Modern.az

Kürdəmirdə yol qəzası: 4 nəfər xəsarət alıb

Kürdəmirdə yol qəzası: 4 nəfər xəsarət alıb

25 Yanvar 2019, 18:39

 Kürdəmir rayonunda yol qəzası baş verib. 

 

Modern.az "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 207 km-də, rayonun Qarabucaq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. 

 

Belə ki, "Mercedes" markalı minik avtomobili "KamAZ" markalı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilində olan bir ailənin üzvləri - Bakı şəhər sakinləri - 1988-ci il təvəllüdlü Samir Eldar oğlu Abasov, 1963-cü il təvəllüdlü Nizami Əkrəm oğlu Ələkbərov, 1991-ci il təvəllüdlü Gülnarə Nizami qızı Abasova və 1968-ci il təvəllüdlü Ziyafət Əlməmməd qızı Ələkbərova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi