Almaniyanın Frankfurt şəhərində sürət qatarından 500-ə yaxın sərnişin təxliyə olunub.
Modern.az-ın Trend-ə istinadən məlumatına görə, buna qatarda bomba olması barədə anonim zəng səbəb olub.
Sərnişinlər qatardan çıxarıldıqdan sonra axtarışlar davam etdirilir.
Hadisənin digər təfərrüatları hələlik məlum deyil.