ABŞ-ın paytaxtı Vaşinqtonda atışma qeydə alınıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər öldürülüb.
Verilən məlumata görə, avtomobildə güllə yarası alan iki kişinin meyiti tapılıb, üçüncü kişinin meyiti isə avtomobildən 45 metr aralıda tapılıb.
Polis şübhəli bilinən şəxsləri axtarır.