Modern.az

İsrail də Venesuela müxalifətinin liderini tanıdı  

İsrail də Venesuela müxalifətinin liderini tanıdı   

27 Yanvar 2019, 20:05

İsrailin baş naziri Binyamin Netanyahu Venesuela müxalifətinin lideri Xuan Quaydonu ölkəsinin yeni başçısı kimi tanıdığını bəyan edib.

Modern.az “Ria Novosti”yə istinadən xəbər verir ki, Venesuela müxalifətini dəstəkləyən İsrail bununla da ABŞ, Kanada və digər ölkələrə qoşulduğunu bildirib.

Netanyahunun sözlərinə görə, bu gün İsrail ABŞ, Kanada, Latın Amerikası və Avropa ölkələrinə qoşularaq, Venesuelanın yeni liderini tanıyıb.

Venesuelanın müxalifət lideri – parlamentin spikeri Xuan Quaydo bir neçə gün öncə  ölkədə keçirilən kütləvi etiraz aksiyalarının fonunda prezident vəzifəsini öz üzərinə götürdüyünü bəyan edib.


Hazırkı dövlət başçısı Nikolas Maduro isə xalqın etirazına baxmayaraq,  hakimiyyətdən getməyəcəyini bildirib.

Hazırda ölkədə fakitiki ikihakimiyyətlikdir.

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi