Modern.az

“Sarı jiletlilər” İsveçdə də etiraza başladı

“Sarı jiletlilər” İsveçdə də etiraza başladı

Aktual

2 Fevral 2019, 21:33

İsveçin paytaxtı Stokholm şəhərində “sarı jiletlilər” iqtisadi bərabərsizliyə etiraz edib. Modern.az xəbər verir ki, 200 nəfərdən ibarət etirazçı qrup dövlət şirkətlərinin özəlləşdirilməsinə görə siyasətçilərin əleyhinə şüarlar səsləndirib.

 

Etirazçıların adından çıxış edən aktivist Dror Feiler ölkə daxilindəki qanunsuzluqlara qarşı çıxıb:

 

“İsveçin ən zəngin üç şəxsi ölkə əhalisinin yarısının sahib olduğu iqtisadiyyatı idarə edir. Stokholmda yeni tikilən xəsətəxanada rüşvətxorluq var. Ölkənin ucqar ərazilərində yaşayan insanlar istismar edilir, haqsızlığa məruz qalır və siyasətçilərin rüşvətxorluqlarının hesabını ödəyir. Avropa Birliyi və Dünya Bankı bürokratlarının və zənginlərinin xalqın gücünü hiss etməsinin vaxtı çatıb”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi