Modern.az

Moskvadakı müsabiqəyə qoşulan azərbaycanlı müəllimə sertifikat alıb

Moskvadakı müsabiqəyə qoşulan azərbaycanlı müəllimə sertifikat alıb

13 May 2019, 15:25

Təhsil Nazirliyi tərəfindən  9-11-ci sinif şagirdləri arasında keçirilən “Sabahın alimləri” VIII Respublika müsabiqəsinin təlim akademiyasında fəal iştirakına görə kimya müəlliməsi Almara Hümbətova sertifikatla təqdim olunub.

A.Hümbətova Modern.az-a açıqlamasında bidirib ki, şagirdi ilə birlikdə  Moskvada təşkil olunacaq “Gələcəyə baxış” müsabiqəsinə də qoşulub.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən İnteI ISEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə