Modern.az

Alp dağlarında təyyarə qəzası: 3 nəfər öldü

Alp dağlarında təyyarə qəzası: 3 nəfər öldü

25 Avqust 2019, 20:02

Alp dağlarında təyyarə qəzası baş verib.

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Simplon aşırımında qeydə alınıb.

Məlumata görə, İtaliya istiqamətində uçan yüngül mühərrikli təyyarə "Piper" aşırıma düşüb və yanıb. Qəza zamanı pilot və 2 sərnişin həlak olub. Ölənlərdən birinin uşaq olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı təhqiqat aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV