Modern.az

Bakıdakı qəzada ər-arvad yaralandı

Bakıdakı qəzada ər-arvad yaralandı

Aktual

11 Oktyabr 2019, 00:29

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az  “Report”a istinadən  xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda yerləşən Ruslan marketin yaxınlığında qeydə alınıb.

Belə ki, qəza zamanı 1952-ci il təvəllüdlü Yolçuyev Nizami Nüsrət oğlu və onun həyat yoldaşı 1953-cü il təvəllüdlü Yolçuyeva Nüşabə Qafar qızı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Yolçuyev Nizamiyə döş qəfəsinin əzilməsi, Yolçuyeva Nüşabəyə isə hər iki biləyin sınığı diaqnozu qoyulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır