Modern.az

Messi Ronaldinyonu həbsdən çıxarmaq üçün 4 milyon verdi

Messi Ronaldinyonu həbsdən çıxarmaq üçün 4 milyon verdi

Aktual

10 Mart 2020, 13:55

Paraqvayda saxta pasportla saxlanılan Ronaldinyo və qardaşı barəsində 6 aylıq həbs qətimkan tədbiri seçilib.

 

Modern.az xəbər verir ki, "Barselona"nın hücumçusu Lionel Messi sabiq komanda yoldaşına kömək etmək niyyətindədi. Argentinalı futbolçunun Ronaldinyonu həbsdən çıxarmaq üçün 4 milyon avro ödəməyə hazır olduğu bildirilir. Həmçinin Leo məsələ ilə bağlı vəkil tutub.

 

Ötən gün Ronaldinyonun həbsxanadan ilk fotosu yayılmışdı.

 

Messinin "Barselona"dakı ilk qolunun assistini məhz Ronaldinyo edib.

Sizə yeni x var
Keçid et
DTX Əli Kərimliylə bağlı buna icazə verdi