Modern.az

ÜST nümayəndəsi koronavirusa yoluxmanın artdığı məkanları göstərdi

ÜST nümayəndəsi koronavirusa yoluxmanın artdığı məkanları göstərdi

Aktual

9 May 2020, 17:50

Dünyada 3,7 milyondan çox insan koronavirusa yoluxub, 250 mindən çox insan bu xəstəlik səbəbi ilə dünyasını dəyişib”.

Modern.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib. ÜST nümayəndəsi virusdan ciddi şəkildə dərs çıxarmalı olduğumuzu qeyd edib və dünya statistikasını açıqlayıb:

“Avropa regionunda 1.6 milyondan çox yoluxma, 150 mindən çox ölüm halı müşahidə olunub. Qərbi Avropada yoluxma halı azalsa da, Şərqi Avropa, Afrika, Cənub-Şərqi Asiya, Şərqi Aralıq dənizi və ABŞ-da hər gün daha çox yoluxma halı müşahidə olunur. Hər bir ölkənin virusa özünəməxsus yanaşma tərzi lazımdır. Pandemiyanın təsiri yoluxma və ölümlərin sayından daha böyükdür”.

H,Harmancı virusun səhiyyə təşkilatlarına ciddi şəkildə zərər vurduğunu da deyib

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat