Modern.az

Cəlilabadda xəsarət alanların kimliyi bilindi

Cəlilabadda xəsarət alanların kimliyi bilindi

27 May 2020, 23:11

Cəlilabadda yol qəzasında xəsarət alanlardan ikisinin şəxsiyyəti məlum olub.

Modern.az xəbər verir ki, bunlar 15-BJ-114 dövlət qeydiyyat nömrə nişanlı "KaMAZ" markalı avtomobilin sürücüsü, Masallı rayon Gəyəçöl kənd sakini, 1994-cü il təvəllüdlü Müşviq Cəmşid oğlu Almaslı və 99-LH-520 "İsuzu" markalı avtomobilin sürücüsü, Lənkəran şəhər sakini, 1992-ci il təvəllüdlü Elvin Arzuman oğlu Əzimzadədir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "KamAZ" və "İsuzu" markalı iki yük avtomobili toqquşub. (Report)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏLƏR - Əhali qaranlığa qərq oldu